7 C
Baku
Thursday, December 12, 2024

Amazon rəhbəri Aya yük göndərəcək

Banker.az saytı The Washington Post-a istinadən əbər verir ki, elektron ticarət sahəsində nəhəng Amazon şirkətinin yaradıcısı olan Ceff Bezos özünün Blue Origin aerokosmik şirkətinin iştirakı ilə Aya yük çatdırmaq barədə planlarını elan edib.

Daşınan bu yük gələcək müstəmləkənin sakinləri üçün nəzərdə tutulub. İlk çatdırılmasnın 2020-ci illərin ortalarında həyata keçiriləcəyi planlaşdırılır.

Nəşrin verdiyi məlumata görə, Blue Origin aerokosmik şirkəti təqribən 4,5 ton faydalı yükün daşınması üçün kosmik cihaz olan Blue Moon üzərində işləyir. Planlara əsasən, Blue Moon Ayın şimal qütbünə yük çatdıracaq, onun işə salınması üçün isə New Glenn, SLS və Atlas V raket daşıyıcılarından istifadə olunacaq.

Son xəbərlər
Digər xəbərlər