ABŞ-ın ən böyük şirkətlərindən olan “Amazon” Rusiyaya mal göndərməyi dayandıracaq.
Bu barədə “Bloomberg” xəbər verib.
Agentlik qeyd edib ki, “Amazon” həmçinin Rusiyadan “Prime Video” striminq xidmətinə girişi bloklayır.
Qeyd edək ki, martın 8-də Amazon Rusiya və Belarusdan bulud xidmətlərinin yeni müştərilərini qəbul etməyi dayandırıb. “Amazon Web Services” (AWS) artıq Rusiya və Belarusdan yeni müştəriləri qəbul etmir”, – şirkətin açıqlamasında bildirilir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Bundan sonra Qərb dövlətlərinin əksəriyyəti Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sərt sanksiyalarla reaksiya verib.