20 C
Baku
Sunday, April 14, 2024

Amazon səhmlərinin dəyəri ilk dəfə 1000 dolları üstələdi

Amazon şirkətinin 1 səhminin dəyəri ilk dəfə 1000 dolları geridə qoyub.

Banker.az saytı Associated Press agentliyinə istinadən xəbər verir ki, ABŞ-da yalnızca 4 şirkətin səhmi bu göstəricini üstələyib.

Bununla da, şirkətin bazar dəyəri 478 milyard dollar təşkil edib. Bu məbləğ Amazon şirkətinin rəqibi ticarət şəbəkəsi Wal-Mart-ın göstəricisindən iki dəfə çoxdur.

Qeyd edək ki, Amazon şirkəti 1995-ci ildə işə salınıb və 1997-ci ildə IPO keçirib. Bu zaman şirkət əsas olaraq kitab satışı ilə məşğul idi. İndi isə bu ticarət platformasından həm texnika, həm də ev heyvanı almaq mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər