23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Amazon” şirkətinin gəliri ilk dəfə 100 milyard dolları ötüb

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın “Amazon” şirkəti 2020-ci ilin dördüncü rübündə 125,6 milyard ABŞ dolları gəlir əldə edib.

Bu barədə şirkətin dərc olunan hesabatlarında qeyd olunub.

31 dekabrda bitən üç aylıq dövrdə şirkətin gəliri ilk dəfə 100 milyard ABŞ dollarını ötüb, bu da 2019-cu ilin dördüncü rübünə (87,4 milyard ABŞ dolları gəlir – Red) nisbətən 44 faiz artım deməkdir. Analitiklərə görə, ötən il şirkətin gəlirləri 119 milyard ABŞ dolları olmalı idi.

“Amazon”un 2020-ci il üçün gəliri 38 faiz artaraq 386,1 milyard ABŞ dolları təşkil edib. 2019-cu ildə bu rəqəm 280,5 milyard ABŞ dolları olub.

“Amazon” korporasiyası 2020-ci ilin yekunu üzrə 21,3 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər