-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Amazon” şirkətinin vitse-prezidenti rəhbərliyin hərəkətlərinə etiraz olaraq istefa verdi

“Amazon” şirkətinin vitse-prezidenti və “Amazon Web Services” bulud xidmətinin aparıcı mühəndislərindən biri olan Tim Brey, rəhbərliyin hərəkətlərinə etiraz olaraq istefa verdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, Brey Covid-19 pandemiyası zamanı etiraz edən işçilərin işdən çıxarılmasından sonra istefa vermək qərarına gəlib. Aprel ayında “Amazon” şirkətinin direktoru Ceff Bezosa məxsus “Washington Post”, “Amazon Employees for Climate Justice” (AECJ) qrupuna daxil olan bir neçə işçini işdən azad etdiyini bildirmişdir. Onlar “Amazon” u qlobal iqlim ilə əlaqəli vəziyyətə cavab olaraq qətiyyətli addım atmağa çağırırdılar.

Sonra koronavirus pandemiyası səbəbindən “Amazon” un anbarlarında iğtişaşlar başladı, şirkətin keçmiş vitse-prezidenti xatırladır. İşçilər rəhbərlikdən daha çox maska və digər qoruyucu vasitələr tələb edirdi. Onda şirkət fəallardan birini işdən çıxardı. AECJ-nin liderləri olan Emili Kanninqam (Emily Cunningham) və Maren Kostanın (Maren Costa) işdən çıxaması, bu məsələdə son nöqtəni qoyub.

“Amazon” un vitse-prezidenti postunda qalmaq – nifrət etdiyim hərkətlərə dəstək olmaq deməkdir. Buna görə istefa verdim”, – Brey söyləyir.

Onun sözlərinə görə, işçilərin şikayətlərinə baxmayaraq, şirkət “bu məsələyə diqqət yetirir və anbarlarının təhlükəsizliyini təmin etmək üçün çox səy göstərir”, işçilərin işdən çıxarılması isə “müasir kapitalizmin simptomudur”.

Xatırladaq ki, Brey “Amazon” a 2014-cü ildə qoşulub. Daha əvvəl isə o, “Sun Microsystems” də veb texnologiyaların direktoru vəzifəsini tutmuşdur. Java və onun açıq mənbəli GPL kodunun inkişafında Tim Breyin böyük rolu var.

Son xəbərlər
Oxşar xəbərlər