20 C
Baku
Wednesday, April 24, 2024

“Amazon” şirkəti ABŞ-da 90-a yaxın şirkətini bağlayır

“Amazon” onlayn pərakəndə satış şirkəti özünün xırda ticarət üçün nəzərdə tutulan bütün 87 məntəqəsini bağlamaq niyyətindədir.

Bu barədə çərşənbə günü “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, şirkət nümayəndələri bu məlumatı təsdiq ediblər. Onlar söhbətin ABŞ-dakı mini mağazaların mövcudluğunu nəzərdə tutan proqramın aprelin sonlarında tam olaraq dayandırılmasından gedir. Onların əksəriyyəti ümumilikdə 21 ştat ərazisində yerləşən ticarət mərkəzlərinin binalarındadır.

Açıqlamada bildirilir ki, “Amazon” artıq öz əməkdaşlarını ticarət nöqtələrinin bağlanacağı barədə məlumatlandırıb. ABŞ-dan kənarda yerləşən bu tip mağazaların aqibətinin necə olacağı isə hələ ki, məlum deyil.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər