Amazon şirkətinin səhmlərinin dəyəri 26 iyul tarixində 1,1% artıb. Bunun da nəticəsində şirkətin kapitalizasiyası 502,6 milyard dollara qədər artıb.
Banker.az Financial Times nəşrinə istinadən xəbər verir ki, Amazon şirkəti dünyada kapitalizasiya həcmi 500 milyard dollardan yuxarı olan dördüncü şirkət oldu. Daha əvvəl bu göstəriciyə Apple, Microsoft və Alphabet şirkəti malik idi.
2017-ci ilin əvvəlindən şirkətin bazar dəyəri rekord məbləğ hesab olunan 146,3 milyard dollara çatıb. Şirkət yaradıcısı Cek Ma-nın səhmlərinin cari artımı isə ona dünyanın ən varlı insanları reytinqinin lideri Bill Gates-ə yaxınlaşmağına imkan verdi.