“Amazon” şirkəti brend elektron kitabının yeni versiyasını – aksesuarın tarixində ilk dəfə stilus dəstəyi olan “Kindle Scribe” təqdim edib. Kitabın satışı ilin sonuna qədər başlayacaq. Bildirilir ki, yenilik 16, 32 və 64 GB həcmində daxili yaddaşla təmin ediləcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Kindle Scribe” həmçinin 10.2 düymlük ekran alıb. Elektron kitabla işləmək üçün nəzərdə tutulan stilus ekran üzərində qeydlər aparmağa imkan verəcək. Ümumilikdə stilusun iki növü nəzərdə tutulur – “Base” və “Premium”. Qeyd olunur ki, “Premium” versiyanın qiyməti $30 çoxdur. “Kindle Scribe”nin özünün qiyməti isə $340 təşkil edir.