Amerikanın onlayn pərakəndə satış şirkəti “Amazon”, generativ süni intellektin (AI) inkişafı ilə məşğul olan “Anthropic” şirkəti ilə strateji tərəfdaşlıq elan edib. Qeyd edək ki, “Anthropic” təqribən iki il əvvəl məşhur “GhatGPT” çat-botu ilə tanınan “OpenAI” şirkətinin keçmiş işçiləri tərəfindən yaradılıb.
Tərəfdaşlıq çərçivəsində “Amazon” “Anthropic” ilə birgə süni intellektшт inkişafına 4 milyard dollar sərmayə qoyacaq və şirkətdə açıqlanmayan pay alacaq. “Anthropic” həmçinin “Amazon”da bulud mütəxəssisləri tərəfindən hazırlanmış yarımkeçiricilərə və digər avadanlıqlara çıxış əldə edəcək.
“Amazon” və “Anthropic” arasında sövdələşmə generativ süni intellekt tərtibatçıları və aparıcı texnologiya korporasiyaları arasında bağlanmış bir sıra müqavilələrin sonuncusudur. İlin əvvəlində “Microsoft” “OpenAI”a 10 milyard dollar, iyunda isə “Salesforce” AI tərtibatçısı “Cohere”yə 250 milyon dollar sərmayə qoyub.