15 C
Baku
Friday, March 29, 2024

“Amazon” Türkiyədə ilk logistika bazasını açıb

E-ticarət bazarı olan “Amazon” şirkəti 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını açıb. Bu logistika bazası artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək.

Banker.az bu barədə Bloomberg Türkiyə-yə istinadən xəbər verir.

Qeyd edək ki, şirkət əvvəllər podratçı şirkətlərdən logistika xidmətləri alırdı. İstanbulun Tuzla səmtində açılan müəssisənin bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir.

“Amazon”un Türkiyə üzrə meneceri Riçard Meriot bildirib ki, yeni logistika bazası ən son texnologiyalarla təchiz edilib.

 

Son xəbərlər
Digər xəbərlər