19 C
Baku
Bazar, Sentyabr 26, 2021

“Amazon” və “Ford” “Tesla” ilə rəqabət edən startapa 2.5 mlrd. sərmayə qoydublar

Screen Shot 2021 09 02 at 14.34.20

“Amazon” və “Ford” “Tesla” ilə rəqabət aparan “Rivian” startapına 2.5 milyard dollar sərmayə qoyublar. 2019-cu ildə şirkət artıq 10.5 milyard dollar investisiya cəlb edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

2021-ci ildə “Rivian” yeni “R1T” və “R1S” avtomobillərinin satışına başlamağı planlaşdırır.

“Rivian”ın baş direktoru Ar-Cey Skarinc şirkətin “avtomobil istehsalına başlamağa yaxın olduğunu” söyləyib. Onun sözlərinə görə, tərəfdaşlardan investisiyaların cəlb edilməsi istehsalı genişləndirməyə, Amerika bazarında infrastrukturu inkişaf etdirməyə və dünyadakı mövqeyi dəstəkləməyə imkan verəcək.

Qeyd edək ki, İlon Mask “Rivian”ı “Tesla”nın rəqibi adlandırır. Startap 2009-cu ildə yaradılıb və 2017-ci ildə elektrik mühərrikli pikap və yolsuzluq avtomobillərin inkişafına başlayıb. Modellərin gediş məsafəsi 480 km-dən çox olmalıdır ki, bu da mövcud elektrikli nəqliyyat vasitələrindən 120 km çoxdur. Bununla yanaşı, “Rivian” elektromobillərinin qiyməti 70 min dollardan başlayır və bu, baza sayılan “Tesla Model X” ilə müqayisədə 20% ucuzdur.

“Rivian”ın ilk avtomobil satışları 2021-ci ilin iyulunda planlaşdırılsa da, pandemiya səbəbindən tarixlər sentyabr ayına dəyişdirilib. 2022-ci ildə şirkət “Amazon”a 10 min elektrikli mikroavtobus, 2030-ci ilə qədər isə 100 min elektrikli yüksək maşını satmağı planlaşdırır.

“Forbes Real-Time” reytinqi şirkətin qurucusu Ar-Cey Skarincin sərvətini 3.4 milyard dollar dəyərində qiymətləndirir. “Bloomberg” agentliyinin məlumatına görə, “Rivian” 50 milyard dollar qiymətləndirmə ilə IPO keçirməyi planlaşdırır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər