9 C
Baku
Thursday, December 12, 2024

“Amazon” və “iRobot” 1.7 mlrd. dollarlıq müqavilədən imtina ediblər

Dünən, yanvarın 29-da “Amazon” şirkəti Amerikanın robot tozsoran istehsalçısı “iRobot” ilə müqaviləni ləğv etmək barədə razılığa gəldiyini açıqlayıb. İki şirkət 2022-ci ilin avqustunda 1.7 milyard dollar dəyərində müqavilə imzalayıb. Bəyanatda deyilir ki, sövdələşmədən imtina şirkətlərin “Avropa İttifaqında təsdiq almaq üçün bir yol” görməməsi ilə bağlıdır. Razılaşmanın şərtlərinə əsasən, “Amazon” müqavilədən imtina etmək üçün “iRobot”a 94 milyon dollar ödəməlidir.

Daha əvvəl media Avropa Komissiyasının sövdələşməni əngəlləmək niyyətində olduğunu yazıb: birləşmə robot tozsoranlar bazarında rəqabəti məhdudlaşdıra bilərdi, çünki “Amazon” öz ticarət platformasında “iRobot” rəqiblərinin satışını məhdudlaşdırmaq və eyni zamanda təşviq etmək imkanına malikdir. Tozsoran istehsalçısı bu gün iş qüvvəsinin 31%-ni (təxminən 350 nəfəri) ixtisar edəcəyini və “Amazon” onu almadığı təqdirdə CEO-nu dəyişdirəcəyini açıqlayıb. “iRobot” səhmləri 10% ucuzlaşıb.

Dekabr ayında “Adobe” və “Figma” Aİ və Böyük Britaniya tənzimləyicilərinin etirazına görə 20 milyard dollarlıq müqavilədən imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər