18 C
Baku
Wednesday, April 24, 2024

“Amazon” və “Starbucks” Nyu-Yorkda satıcıları və kassaları olmayan ilk ortaq mağaza açıblar

“Amazon” və “Starbucks” Nyu-Yorkda satıcıları və kassaları olmayan ortaq mağaza açıblar. İlk “Starbucks Pickup” noyabrın 18-də Manhettendə fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, şirkətlər 2022-ci ildə ən azı daha iki müəssisə açmağı planlaşdırırlar.

Mağazada “Starbucks” proqramı vasitəsilə öncədən sifariş edilmiş içkiləri götürə biləcəyiniz yer var. Yuxarıda quraşdırılmış ekran isə baristanın hansı sifarişi hazırladığını görməyə imkan verir.

Qeyd edək ki, “Starbucks Pickup”da satıcılar yoxdur. Mağazada bir şeyi almaq üçün bank kartını çıxışda quraşdırılmış terminala yaxınlaşdırmaq kifayət edir. Məbləğ avtomatik olaraq silinir.

“Amazon” və “Starbucks” hələ 2020-ci ildə birgə müəssisə açmağı müzakirə ediblər, 2021-ci ildə isə onların sayını 6-ya çatdırmağa razılığa gəliblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər