13 C
Baku
Friday, April 26, 2024

Amazon Wikimedia Fonduna $1 mln. bağışladı

Səs assistenti Alexa İnternet ensiklopediyasını istifadəçi suallarına cavab vermək üçün məlumat mənbələrindən biri kimi istifadə edir.

Amazon online pərakəndə şirkət Wikipediyanın işini dəstəkləyən qeyri-kommersiya təşkilat Wikimedia Fonduna 1 milyon dollar bağışlayacaq

Amazondan olan səs köməkçisi Alexa Wikipediyanı istifadəçilərin suallarına cavab vermək üçün əsas məlumat mənbələrindən biri kimi istifadə edir.

Amazon, Alexaya sahib olan qurğuların sahiblərinin də fondu dəstəkləyə biləcəyini söylədi. Bunun üçün «Alexa,Wikipediya üçün bir bağış» demək lazımdır və köməkçi istifadəçinin nə qədər köçürmək istədiyini dəqiqləşdirəcək.

Amazonun təsisçisi Jeff Bezos xeyirxahlığa verdiyi kiçik töhfələrinə görə dəfələrlə tənqid edilmişdir. Bezos dünyanın ən zəngin adamlarından biridir, Forbes onun sərvətini 160 milyard dollar dəyərində qiymətləndirir və 2018-ci ilin sentyabr ayının ortalarında şirkət rəhbəri 2 milyard dollarlıq xeyriyyə fondu açdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər