22 C
Baku
Wednesday, April 17, 2024

Amazon yaşayış mənzillərində poçtomatlar quraşdıracaq

Amazon şirkətinin poçtomatları məhsul çatdırılması bazarında hələ 2011-ci ildən peyda olub. 6 ildən sonra sifariş bağlamalarının saxlandığı və təhvil alındığı avtomatlar bütün ABŞ ərazisi və digər ölkələrdə 1,8 min nöqtədə quraşdırıldı.

Lakin bu kifayət etmədi. Banker.az xəbər verir ki, şirkət bir neçə gün əvvəl Amazon Hub proqramının işə salındığını elan etdi. Bu proqram çərçivəsində çoxmənzilli evlərin və yaşayış komplekslərinin giriş zallarında mini-poçtomatlar quraşdıracaq.

Şirkətin verdiyi məlumata görə, bu avtomatlar yalnız Amazon şirkətinin məhsulları üçün deyil, digər mağazaların bağlamaları üçün də nəzərdə tutulub. Bağlamanın əldə etmək üçün isə sensor ekranda xüsusi şifrəni daxil etmək kifayətdir.

Son xəbərlər
Digər xəbərlər