17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Amazon” yeni “ağıllı eynəklər”in satışına başladı – Qiymət $249,99

Screen Shot 2021 09 02 at 14.34.20

“Amazon” şirkəti yeni “ağıllı eynəklər”in satışına başlayıb – “Echo Frames”. “The Verge”nin verdiyi məlumata görə, bu cihaz Alexa səs köməkçisi ilə əlaqə qurmaq üçün mikrofon və istiqamətləndirici səsgücləndiricilərlə təchiz edilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət yeni modeldə səs keyfiyyətini və batareyanın tutumluğunu artırdığını, o cümlədən yeni rənglər əlavə etdiyini bildirib. Bundan əlavə, artıq “Echo Frames” hər kəs üçün əlçatandır.

Verilən məlumata görə, ikinci nəsil “Echio Frames” eynəyinin qiyməti 249,99 dollar təşkil edir. Cihaz 10 dekabr tarixində satışa çıxarılacaq.

Vizual olaraq, yeni versiya əvvəlkinə çox oxşayır: cihaz yenə də qalın çərçivəli adi eynəyə bənzəyir. Köhnə modelin sahibləri əlavə 70 dollar ödəyərək yeni “Echo Frames” cihazını əldə edə bilcəklər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər