15 C
Baku
Friday, March 29, 2024

“Amazon” yeni ödəniş sistemini yoxlayır: Müştərinin az vaxtı gedəcək

“Amazon” əllərin (ovucun) ölçüsü və formasına görə, ödəniş sistemini test etməyə başlayıb.

Bu haqda “New York Post” nəşri yazıb.

“Orvill” adlandırılan skaner növbəti ilin başlanğıcında şirkətin mağazalarında görünə bilər. Ödənişi etmək üçün istifadəçilərə qurğuya toxunmaq lazım olmayacaq.

Şirkətin nümayəndəsi deyir ki, yeni texnologiya ödənişə sərf edilən vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. “Amazon”a görə, kredit kartı ilə ödəniş təxminən 4 saniyə davam edir. Əlin skan edilməsi ilə ödənişin edilməsi ən çoxu 300 millisaniyədən çox vaxt aparacaq. Qurğu alıcını 0,0001% dəqiqliklə müəyyən edir.

Bugünkü gündə yeni texnologiya “Amazon”un Nyu-York ofisinin daxilində test edilir. O pərakəndəçinin ticarət avtomatlarına quraşdırılır. Şirkətin əməkdaşları əllərinin köməyi ilə qazlı içi, çipsi, baton şokoladların ödənişini edirlər.

Ekspertlər isə deyir ki, yeni texnologiya sayəsində müştərilər daha çox pul xərcləyəcək. “İnsanlar pul kimi maddi bir şeyə toxunmadıqda, daha çox xərcləməyə meyilli olurlar”, – deyə “Status Money” saytının təsisçisi və baş direktoru deyib.

©facemark.az

Son xəbərlər
Digər xəbərlər