Reuters agentliyinin verdiyi məlumata görə, dünyanın ən nəhəng internet-pərakəndəçisi olan Amazon.com Inc. mobil qurğular üçün yeni ödəniş sistemini təqdim edir. Bu sistemin köməkliyi ilə müştərilər tez bir şəkildə mobil alış-verişlərdən və mobil ödəmə imkanlarından istifadə edə biləcəklər. Qeyd edək ki, point-of-sale sistemi Amazon Local Register adlanacaq. Bu sistem məhsulun hesaba alınması və buraxılması, pul qəbulu və verilməsi, alış əməliyyatının ləğv edilməsi kimi funksiyalara sahib olacaq.
Amazon Local Register vasitəsilə smartfon və planşetin köməkliyi ilə müştərilərlə bank kartları ilə hesablamalar mümkün olacaq.
Analitiklərin fikrincə, bu yeni sistem Amazon şirkətini ABŞ-da fiziki mağazalardan alış-veriş edən istehlakçılar barədə vacib məlumatlarla təmin edəcək. Amerika hökumətinin verdiyi məlumata görə, ABŞ-da pərakəndə ticarətin 90%-dən çoxu hələ də əvvəllər olduğu kimi internet mağazalarla deyil, adi mağazalarla həyata keçirilir.
Amazon Square və eBay Inc.dən fərqli olaraq daha az komisyon haqqı tutmaqla öz ödəniş sistemləri biznesini inkişaf etdirməyə ümid edir. Beləliklə, 31 oktyabrdan 2016-cı ilin 1 yanvarına qədər sistemə qoşulan müştərilər üçün sərfəli tarif – ödəniş məbləğinin 1,75%-i tətbiq ediləcək. Daha sonradan isə bütün müştərilər üçün vahid tarif – 2,5% tətbiq edilməyə başlanılacaq.