18 C
Baku
Wednesday, May 15, 2024

“Amazon” yeni planşetlərini təqdim edib

“Amazon” korporasiyası yeni nəsil “Fire HD 8” planşetlərini – əsas versiya, Plus, Kids və Kids Pro variantlarını təqdim edib. Yeni planşetlərin satışı oktyabrda başlayacaq. Bildirilir ki, “Amazon Fore HD 8”in qiyməti 99 dollar, Plus versiyanın qiyməti 119 dollar, Kids və Kids Pro cihazlarının isə müvafiq olaraq 149 dollar olacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni planşetlərin əsas fərqləndirici cəhəti 8 düymlük ekran və 30% daha sürətli prosessordur. “Fire HD 8”in 2 GB operativ yaddaş, 32 GB və ya 64 GB daxili yaddaşla təchiz olunub.

“Fire HD 8 Kids” və “Fire HD 8 Kids Pro” versiyaları qoruyucu korpus, həmçinin uşaqlar üçün maraqlı proqramlara malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər