4 C
Baku
Sunday, February 25, 2024

“Amazon”un bazar dəyəri 1 trln. dollar azalıb

Çoxprofilli şirkət olan “Amazon” tarixdə dəyəri bir trilyon dollardan çox azalın ilk ictimai şirkət olub. Bu, inflyasiyanın artması, ölkədə pul siyasətinin sərtləşdirilməsi və səhmdarları məyus edən mənfəət hesabları fonunda baş verib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Çərşənbə günü, noyabrın 9-u “Amazon” səhmləri 4.3% ucuzlaşıb ki, bu da şirkətin bazar dəyərinin 879 milyon dollar azalmasına gətirib çıxarıb. Ümumilikdə, dünyanın ən böyük texnologiya şirkətlərinin bazar dəyəri 2022-ci ildə təxminən 4 trilyon dollar azalıb.

“Bloomberg”in məlumatına görə, “Amazon”un təsisçilərindən biri Ceff Bezosun sərvəti 83 milyard dollar azalaraq 109 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər