1 C
Baku
Saturday, December 14, 2024

“Amazon”un bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib

ABŞ-ın və dünyanın onlayn satış nəhəngi – “Amazon” şirkətinin bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib.

Bu, onun 1 səhminin qiymətinin 2 050,5 dollara çatması nəticəsində məlum olub.

Daha sonra qiymət 2 036 dollara düşüb.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında “Amazon”un bazar dəyəri 470 mlrd. dollar olub. Beləliklə, il ərzində şirkət 2 dəfədən çox bahalaşıb.

Qeyd edək ki, “Amazon” dünyada bazar dəyəri 1 trln. dolları keçən 3-cü şirkətdir. ABŞ-ın “Apple” korporasiyası buna ötən ayın əvvəlində nail ola bilib. Çinin “PetoChina” şirkəti isə 2007-ci ildə bir neçə saatlıq müddətə 1 trln. dollardan baha olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər