10 C
Baku
Thursday, December 12, 2024

“Amazon”un musiqi xidməti olacaq

“Amazon” online riteyleri musiqi abunəçiliyi xidməti yaratmaq üzərində çalışır.

“Recode” portalına istinadən xəbərə görə, abunə haqqı ayda 4-5 dollar təşkil edəcək.

“Spotify” və “Apple Music”dən fərqli olaraq, “Amazon”da reklam olmayacaq. Xidmət yalnız “Echo” avadanlığı ilə çalışacaq.

“Amazon”un xidməti sentyabrda istifadəyə vermək istədiyi, lakin hələlik musiqi “leybl”lları və naşirlərlə anlaşmaları tamamlamadığı bildirilir. Şirkət bu haqda şərh verməyib.

Xatırladaq ki, may ayında “Amazon” öz video xidmətini istifadəyə verib. Bu xidmətin köməyi ilə şirkət “YouTube” ilə rəqabətə girmək istəyir. “Amazon Video Direct” adlanan videohostinqdə istifadəçilər video yükləyə, reklam və royalti (müəllif hüququ və patentlərə görə ödəniş) müqabilində pul qazana bilər.

Lent.az

Son xəbərlər
Digər xəbərlər