25 C
Baku
Friday, April 19, 2024

AMB əhalinin və biznesin dəstəklənməsi tədbirlərinin vaxtını uzadıb

Koronavirus pandemiyası nәticәsindә iqtisadi aktivliyin tam bərpa edilməməsi, biznes vә ev tәsәrrüfatlarının iqtisadi aktivliyinin və gәlirlәrinin aşağı düşmәsi, ödәniş qabiliyyәtinin pislәşmәsi səbəbindən bank sektorunun maliyyә dayanıqlığına təhdidlərin davam etməsilə әlaqәdar, koronavirus pandemiyası ilə bağlı bəzi iqtisadi sahələrə məhdudlaşdırıcı tədbirlərin tətbiqinin, habelə dövlət fondları tərəfindən pandemiya ilə əlaqədar subsidiyaların ayrılması prosesinin davam etdirilməsi nəzərə alınmaqla, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB)  30 sentyabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 1 yanvar 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edib.

AMB-ən verilən məlumata görə, pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqlarının 50% aşağı salınması qərarı 01 yanvar 2021-ci il tarixinədək uzadılıb.

Pandemiya ilə bağlı xüsusi karantin tədbirləri şəraitinə baxmayaraq, sığorta bazarında müsbət trendlər davam etmişdir. İlin ilk 9 ayında sığorta yığımları və ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb və bu vəziyyət sığorta şirkətlərinin likvidlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasını təmin etmişdir. Sığorta sektorunun likvidlik vəziyyətinin qənaətbəxş olması İcbari Sığorta Bürosuna ödənilən təqvim haqları ilə bağlı möhlətin verilməsi güzəştinin saxlanmasını zəruri etmir. Eyni zamanda, pandemiya şəraitində sığorta təşkilatlarının makro-iqtisadi şoklara qarşı maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə sığortaçıların 2019-cu ilin maliyyə nəticələri üzrə yaranıb

 mənfəətin bölüşdürülməsi və müvafiq dividentlərin verilməsi ilə bağlı məhdudiyyətlərin ilin sonuna qədər uzadılması məqsədəuyğun hesab edilir.

Requlyativ güzəştlər üzrə müddətin uzadılması kredit təşkilatlarının hazırda həyata keçirdiyi restrukturizasiya prosesini dəstəkləməklə yaranıb şəraitdə əhaliyə və biznesə kredit borclarının ödənilməsilə əlaqədar təsirlərin azaldılması, iqtisadi aktivliyin dəstəklənməsi və stimullaşdırılması, həmçinin pandemiya ilə bağlı iqtisadi risklərə qarşı sığorta sektorunun kapital mövqelərinin gücləndirilməsi ilə nəticələnməsini nəzərdə tutur.

30 sentyabr 2020-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmir

 sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilib.

Təsdiq edilmiş tədbirlərə, əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulub.

Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 30 sentyabr 2020-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılıb, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilib. Bununla yanaşı, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib.

Pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar tərəfindən pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlanılıb. 15.09.2020-ci il tarixinə pandemiya ilə bağlı 1,3 mlrd. manat məbləğində restrukturizasiya müraciəti olunub, müraciətlərin məbləğ üzrə 85%-i icra edilib. Hazırda, banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər