16 C
Baku
Sunday, November 16, 2025

AMB: ​Azərbaycanda POS-terminalların sayının azalması prosesi davam edir

Azərbaycanda bu ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq iyunun 1-nə 73 945 ədəd təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Reporta Mərkəzi Bankdan məlumat verilib.

Xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 6 356 ədəd və ya 7,92% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,59% və ya 4 379 ədəd azalma müşahidə olunub.

Ölkə üzrə mövcud POS-terminalların 42 708 ədədi və ya 57,8%-i Bakıda, 42,2%-i və ya 31 237 ədədi regionlarda yerləşir.

Qeyd edək ki, 2016-cı il iyunun 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.

Son xəbərlər
Digər xəbərlər