Azərbaycan Mərkəzi Bankı 10 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə Banker.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, lisenziyalar iyulun 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında ləğv olunub.