Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 850 milyon ABŞ dolları pul köçürülüb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.







