9 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank 7,5 milyard manatı hara xərcləyəcək? – Açıqlama

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) nəzərdə tutulan 7,5 mlrd. manatadək məbləğdə transfertin həyata keçirilməsi böyük makroiqtisadi sabitlik üçün prezident İlham Əliyevin verdiyi dəstəkdir”. Bunu APA-ya açıqlamasında AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

“Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam odur ki, dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın. Bu isə məzənnənin bazar prinsipləri əsasında və böyük volatillik olmadan formalaşmasına şərait yaradacaq”, – deyə sədr müavini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər