26 C
Baku
Saturday, July 27, 2024

AMB: “Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müxtəlif xidmət haqlarını azaldacaq”

Azərbaycanda açıq bankçılıq modelinin tətbiqi müştərilər üçün maliyyə məhsullarının və xidmətlərinin əlçatanlığının artırılması ilə yanaşı müxtəlif xidmət haqlarının azaldılmasına səbəb olacaq.

Bunu Azərbaycan Mərkəzi Bankınin İnformasiya texnologiyaları departamentinin layihə rəhbəri Sahib Həsənov “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, AMB-nin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Açıq bankçılıq üçüncü tərəflərlə inteqrasiya xərclərinin azaldılması, rəqəmsal maliyyə sisteminin yaradılması və inkişaf olunması, yeni məlumat kanallarının yaranması, həmçinin, texnoloji cəhətdən inkişaf etmiş şirkətlərlə əməkdaşlıq kimi faydaları olacaq. Beləliklə şəxsi məlumatların və maliyyə məhsullarının idarəetmə imkanları genişlənəcək, bütün maliyyə məlumatlarının “bir pəncərə” rejimində idarə olunması imkanı yaranacaq”, – S. Həsənov deyib.

Onun sözlərinə görə, açıq bankçılıqla bağlı müxtəlif ölkələrin fərqli yanaşmaları var və onlar requlativ və sektor tərəfindən tətbiq yanaşması kimi iki kateqoriyaya bölünür:

“Requlativ yanaşma zamanı, requlyator API standartlarını müəyyənləşdirir, tətbiqetmə planlarını hazırlayır və banklar qarşısında API tətbiqin tələbləri qoyulur. Sektor tərəfindən tətbiq yanaşmasında həm requlyator, həm də banklar özü API standartlarını hazırlamalı və bu halda API-ların tətbiqi məcburi xarakter daşımır. Keçirilən sorğular və beynəlxalq praktikanı nəzərə alaraq Azərbaycanda requrativ yanaşmasını tətbiq ediləcəyi qərara alınıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər