11 C
Baku
Monday, November 25, 2024

AMB: Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq ödəniş təşkilatlarını Azərbaycan fintexlərinin sırasına daxil olmaq üçün ölkəyə gəlməsini təşviq edir.

Bunu AMB-nin Baş direktoru Fərid Osmanov deyib.

F.Osmanov əlavə edib ki, həmin fintexlərin bazara daxil olub-olmaması onların öz biznes maraqlarından asılıdır:

“Hazırkı qanunvericilikdə hər-hansı ödəniş xidmətinin, ödəniş təşkilatının bazarımıza daxil olması üçün məhdudlaşdırıcı heç bir fəaliyyəti yoxdur. Onlar azad şəkildə Azərbaycanın fintex bazarına daxil ola bilərlər. Sadəcə Mərkəzi Bank yenilikçi, innovativ təşkilatların ölkəmizə gəlməsini təşviq edir, onlara çağırış edir. Bunun nəticəsidir ki, ötən il “ApplePay”, bu il isə “Google Pay” Azərbaycana gəldi.

Bunun davamlı olması üçün biz öz çağırışlarımızı edirik. Amma bu təşkilatçıların daha çox biznes maraqlarından irəli gəlir. Əgər onların biznes maraqları Azərbaycan bazarına yönəlikdirsə onlar ölkəmizə daxil ola bilirlər”.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 2-də “Apple Pay”, 2022-ci ilin avqustun 23-də isə “Google Pay” xidmətindən istifadə Azərbaycanda aktivləşib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər