12 C
Baku
Saturday, November 23, 2024

AMB: Azərbaycanda inflyasiyanın “pik həddi” geridə qalıb, bundan sonra azalması gözlənilir

Ötən iclasdan bəri illik inflyasiya tempi proqnozlaşdırılan trayektoriyaya uyğun olaraq azalıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının bu gün faiz dəhlizinin parametrlərinə dair açıqlamasındakı qeydlərə istinad edir.

Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil etmişdir. İllik baza inflyasiya 14.7% olmuşdur.

İnflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır.

Son 6 ayda dünya ərzaq qiymətlərinin 14% azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olmuşdur. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətdə dəyişir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri noyabrda oktyabr ayı ilə müqayisədə ticarət və xidmət sahələrində artmış, qeyri-neft-qaz sənayesində demək olar ki, dəyişməz qalmış, tikintidə isə azalmışdır.

Aparılmış təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə (15.6%) çatmış və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir.

2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.

Son xəbərlər
Digər xəbərlər