14 C
Baku
Friday, November 22, 2024

AMB: “Azərbaycanda sığorta şirkətləri 500 milyard manatlıq riskə təminat verib”

Bu gün qüvvədə olan sığorta müqavilələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 500 milyard manatlıq riskə təminat verilib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib.

Onun sözlərinə görə, bu da, il ərzində ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) 5 qatı həcmindədir: “Yəni ölkənin 1 illik gəlirlərinin 5 qatına təminat verilir. Bu da, sığorta sektorununu iqtisadiyyatda nə qədər böyük rol oynadığının göstəricisidir. Ancaq biz bununla qətiyyən kifayətlənməməliyik. Bu göstəricinin daha da artması üçün çalışmalıyıq. Bu göstərici bəzi ölkələrdə ÜDM-nin 10-20 qatı səviyyəsində olur. Məsələn, Türkiyədə bu rəqəm ÜDM-nin 20 qatına bərabərdir”, – Z. Əliyev bildirib.

AMB-nin baş direktoru vurğulayıb ki, əgər sığorta bazarı bu templə böyüməyə davam etsə, əhalinin və iş adamlarının daha böyük risklərinə təminat verə biləcək: “Bununla da, fərdlərin, iş adamlarının və müəssisələrin maliyyə vəziyyətinə, onların rifahına dəyəcək zərərlərdən müdafiə xəttini gücləndirə biləcəyik”.

Xatırladaq ki, ölkədə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan 1 şirkət – “AzRe Təkrarsığorta” ASC fəaliyyət göstərir. Bununla yanaşı 5 sığorta şirkəti təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.

Son xəbərlər
Digər xəbərlər