2024-cü ilin birinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti 1.7 mlrd. dollar təşkil edib.
Bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 10.1% təşkil edib.
Neft-qaz sektoru üzrə CƏH-in profisiti 3.6 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 1.9 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağını proqnozlaşdırır.