Bankların məcmu kapitalı 3 milyardı ötüb.
Ötən il ərzində Azərbaycanda bank aktivləri 23,3% artıb və 20,385 mlrd. manatdan (25,991 mlrd. dollardan) çox olub.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının rəsmi saytında yerləşdirilib.
Məlumata görə, 1 yanvar 2013-cü illə müqayisədə ölkənin iqtisadiyyatına kredit qoyuluşların da həcmi 25,3% artıb və 1 yanvar 2014 il tarixinə 14,99 mlrd. manat (19,1 dollardan çox) təşkil edib.
1 yanvar 2014 il tarixinə Azərbaycan banklarının məcmu kapitalı 3,426 mlrd. manatdan çox (4,37 mlrd. dollara yaxın) təşkil edib. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 33,2% artım deməkdir.
Əhalinin əmanətləri bu ilin əvvəlinə 6,396 mlrd. manat (8,15 mlrd. dollardan çox) təşkil edib və ötən ilin analoji göstəricisindən 25,1% artıb.
Oxu.az