21 C
Baku
Friday, April 25, 2025

AMB bank hesablarının açılması qaydalarında dəyişiklik etdi

Azərbaycan Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na bir sıra dəyişikliklər edib.

Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin sədrinin İdarə Heyəti 08 aprel 2025-ci il tarixli qərarındakı yeniliklərə əsasən, elektron pul təşkilatları və ödəniş xidmətləri ilə bağlı yeni cari hesab növləri əlavə olunub.

Fiziki şəxslər üçün bank hesablarının məsafədən açılması prosesində gücləndirilmiş elektron imza, video zəng və video çəkilişlə identifikasiya metodlarına dair tələblər dəqiqləşdirilib.

Həmçinin, mədaxil əməliyyatlarına limitlər müəyyən olunub və bu limitlərdən artıq əməliyyatlar üçün əlavə identifikasiya tələb ediləcək.

Qaydaya əlavə olunan bəndlərlə banklar əvvəlki hesab sahibinin təqdim etdiyi sənədlərə güvənərək yeni hesablar aça biləcək. Bundan başqa, “SWIFT” ifadəsi “BIC” ilə əvəz olunub və bəzi texniki düzəlişlər aparılıb.

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edilməs

Son xəbərlər
Digər xəbərlər