12 C
Baku
Saturday, November 23, 2024

AMB “Bank of Baku” və “TuranBank”ı investisiya pul nişanlarının satış agentləri seçib

Azərbaycanda investisiya pul nişanlarının satışının və geri alışının stimullaşdırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən və müəyyən edilmiş tələblərə cavab verən “Bank of Baku” ASC“TuranBank” ASC satış agentləri olaraq seçilmişdir.

Banker.az-a bu barədə Mərkəzi Bankdan bildirilir.

Satış agentlərinin seçilməsi ilə əlaqədar investisiya pul nişanlarının Mərkəzi Bank tərəfindən birbaşa əhaliyə və banklara satışı və geri alışı dayandırılmışdır.

Satış agentlərinə qarşı müəyyən edilmiş tələblər və satış agentlərinin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsinin “İnvestisiya pul nişanları üzrə satış agentləri” alt bölməsindən tanış olmaq mümkündür.

Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni satış agentləri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılıb.

Son xəbərlər
Digər xəbərlər