23 C
Baku
Saturday, April 20, 2024

AMB bankın əmlak, nağd pul və avtomobillərinin sığortalanması üçün sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə AMB-dən məlumat verilib.

Tender elanına əsasən, tenderdə bu sığorta növləri üzrə xidmət göstərmək üçün lisenziyası olan sığorta şirkətləri iştirak edə bilərlər.

Bundan başqa, tender iştirakçıları son il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, 2018-ci il üçün maliyyə hesabatını təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə iştirak edən sığorta şirkətləri ən azı 5 mln. manat məbləğində kapitala malik olmalıdırlar.

Tender təklifləri aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: qiymət, təklif edilmiş paket üzrə sığorta şərtləri, franşizanın həcmi, təkrarsığorta şirkətlərinin reytinqi.

Tender üzrə təkliflər avqustun 2-n’ qədər qəbul ediləcək, avqustun 5-də isə qiymətləndiriləcək. Tenderdə iştirak etmək üçün dövlət rüsumu 300 manat təşkil edir.

Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2019-cu il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər (AVSMMİS) 2020-ci il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.

Hazırda AMB-yə əsas vəsaitlərin, nağd pulların və avtomobillərin sığortalanması üzrə “PAŞA Sığorta” şirkəti, avtonəqliyyat vasitələrinin sığortalanması üzrə “AXA Mbask” sığorta şirkəti xidmət göstərir. 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər