Azərbaycan əhalisinin problemli kreditlərinin həlli məsələsi bankların sağlamlaşdırılması prosesinə çox güclü təsir edəcək. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmpv belə hesab edir.
“Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı fərmanı bank sektorunun sağlamlaşdırılmasına güclü təsir edəcək. Fikrimcə, bəzi problemli banklar tam sağlamlaşdırılacaq”, – E.Rüstəmov REAL TV telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, AMB-nin sədri qeyd edir ki, gələcəkdə banklar kredit ekspansiyasını bərpa etməməlidir. “Banklar fiziki şəxslərin fəal kreditləşdirilməsi siyasətinə qayıtmamalıdır. Hər kredit üzrə riskəri diqqətlə hesablamaq lazımdır, qeyd edim ki, bəzi banklar artıq bu işi həyata keçirir. Bundan əlavə, banklar imkanlarını daha aydın şəkildə qiymətləndirməli və bir anlıq gəlir arxasınca qaçmamalı, uzunmüddətli strategiya hazırlamalıdırlar”, – E.Rüstəmov vurğulayıb.