Banker.az məlumat verir ki, 8 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunmuşdur.