Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də depozit hərracı keçirəcək.
“Mərkəzi Bank martın 17-də Bloomberg platformasında keçirəcəyi depozit hərracında 14 gün müddətinə 200 mln. manat cəlb etməyi nəzərdə tutur”, – deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Qeyd edək ki, son hərracda 200 mln. manat cəlb olunmasına baxmayaraq tələb təklifdən 44% çox olmuşdu.