2 C
Baku
Saturday, December 14, 2024

AMB banklardan 100 mln. manat borc cəlb edib

23 İyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102490S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 (5.76%) olan 29 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 868,295,900.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 21.07.2021-ci ildir

Son xəbərlər
Digər xəbərlər