28 fevral Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan edib və qalib banklar mükafatlandırılıb.
Mərkəzi Bank tərəfindən elan edilmimş 5 nominasiya üzrə aşağıdakı qalib banklar mükafatlandırılıb:
“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə :
I yer “Premium Bank” ASC;
II yer “Paşa Bank” ASC;
III yer “ACCESBANK” QSC.
“Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyası üzrə:
I yer “Azərbaycan Beynəlxalq Bankı” ASC ;
II yer “UNİBANK KB” ASC ;
III yer “Kapital Bank” ASC.
“Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:
I yer “AGBank” ASC;
II yer “UNİBANK KB” ASC;
III yer “Expressbank” ASC.
“Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə:
I yer “Expressbank” ASC;
II yer“Naxçıvanbank” ASC ;
III yer “Paşa bank” ASC .
“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə:
I yer “Paşa Bank” ASC;
II yer “Expressbank” ASC ;
III yer “AtaBank” ASC.