13 C
Baku
Saturday, November 23, 2024

AMB: Beynəlxalq reytinqlərin yüksəlməsi kapital bazarına portfel investisiyası formasında təsir edir

Beynəlxalq reytinqlərin yüksəldilməsi adətən qiymətli kağızlar bazarına portfel investisiyaları formasında təsir edir.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun baş direktoru Əli Əhmədov bildirib.

“Amma bu, bizim ölkədə deyil, başqa ölkələrdədir. Bizdə ümumiyyətlə maliyyə bazarının inkişafı strategiyası var. Burada da, bizim kapital bazarının inkişafı ilə bağlı ayrıca strategiyamız var. Bu strategiya çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulur. Onların icrasından sonra reytinqin yüksəldilməsinin orta və uzunmüddətli dövrdə təsirini gözləyirik”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər