21 C
Baku
Friday, April 26, 2024

AMB “blockchain” sisteminin yaradılması ilə bağlı tender elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi (lot-1), texniki platformanın satın alınaraq qurulması (lot-2) və sözügedən sistemin formalaşdırılması (lot-3) üçün açıq tender elan edib.

İddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir.

Qeyd edək ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər