26 C
Baku
Saturday, April 20, 2024

AMB: “BOKT-lar banklara rəqabətdə uduzur”

“Azərbaycanda bəzi bank olmayan kredit təşkilatları (BOKT) zərərlə işləyir. Bu da onların korporativ idarəetmə ilə bağlı boşluqları, eləcə də banklara rəqabətdə uduzması ilə bağlıdır”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.

“Bankların kredit vermək üçün resursları BOKT-lara nisbətən ucuz başa gəlir. Məsələn, banklar orta hesabla illik 9%-lə əmanət cəlb edə bilirsə, BOKT-ların belə bir hüququ yoxdur. Onların maliyyə mənbəyi daha çox öz kapitallarıdır. Bu vəsait çatışmadıqda onlar bazara çıxır və orta hesabla illik 16-18%-lə pul cəlb edir. Həmçinin BOKT-ların müştəri bazası banklardan fərqli olaraq daha aşağı ödəniş qabiliyyətli insanlardır. Onların isə kredit ödənişlərində müəyyən qədər gecikmələr olur. Bu da faktiki olaraq BOKT-lar üçün təzyiqlər formalaşdırır”, – deyə AMB rəsmisi qeyd edib.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər