Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 18 kredit təşkilatı var.
Bu təşkilatların cəmi aktivləri BOKT sektorunun 81%-i (500 mln. manat) təşkil edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankın 2023-cü ilin I yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir.
Qeyd edək ki, sektor üzrə regional təmərküzləşmə də nəzərəçarpandır. Belə ki, sektor üzrə verilən kreditlərin 60%-i Bakı şəhəri üzrə təmərküzləşib.