11 C
Baku
Wednesday, December 11, 2024

AMB bu ay depozit hərraclarında 1,4 mlrd. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında avqust ayında 1,4 mlrd. manat cəlb edib.

Ay ərzində cəmi dörd hərrac keçirilib və hər hərracda eyni məbləğdə vəsait (350 mln. manat) cəlb olunub.

Hər bir hərracda tələb təklifi üstələyib və hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Qeyd edək ki, bu gün AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. Hərracda tələb təklifdən 44% çox – 503,4 mln. manat olub. 20 avqustda keçirilmiş hərracda isə tələb 569,29 mln. manat, 13 avqustda 746,6 mln.manat, 6 avqustda 943,8 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər