26 C
Baku
Saturday, July 27, 2024

AMB bu gün bank və şirkətlərdən ₼40 mln. vəsait cəlb edib

13 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 20 milyon manat həcmində dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının və 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, 28 gün tədavül müddəti olan notların hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,926.6531 (9.5%) manat və 9,937.9321 (8.03%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38 290 000 manat olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,937.9321 (8.03%) manat olaraq müəyyən edilmişdir.

168 günlük hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9 606 3941 (8.78%) manat və 9,632.7500 (8.17%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74 250 000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,631.4370 (8.2%) manat və orta ölçülmüş qiyməti isə 9,631.5004 (8.2%) manat olaraq müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər