Azərbaycan Respublikası Mərkəzi Bankı sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Banker.az bildirir ki, bu məlumatı AMB yayır.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19 oktyabr 2020-ci il tarixli qərarına əsasən İbrahimov Hüseybaba Hüseyn oğluna sığorta agenti fəaliyyətinə verilmiş 24 may 2012-ci il tarixli 000667 nömrəli lisenziya ləğv edilmişdir.