6 C
Baku
Saturday, February 24, 2024

AMB bu universitetin tələbələrinə təlimlər keçdi

Azərbaycan Respublikası Mərkəzi Bankı Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci Strateji hədəfinin icrası istiqamətində tədbirlər davam etdirir.

Bu çərçivədə maliyyə savadlılığının ölkədə ictimai dəyər kimi tanınması məqsədilə aidiyyatı qurumlarla birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş və müvafiq tədbirlər proqramı hazırlanmışdır. Bu proqram çərçivəsində əhalinin maliyyə savadlılığının artırılması məqsədilə seminar və təlimlər təşkil edilmişdir.

Belə ki, cari ilin oktyabr ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim və tələbə heyəti üçün təlimlər keçirilmişdir. Təlimlərin 5 oktyabr tarixində baş tutan birinci mərhələsində dinləyicilərə maliyyə savadlılığının əhəmiyyəti, nağdsız ödənişlərin üstünlükləri, rasional istehlakçı davranışı, istehlak büdcəsinin formalaşdırılması və şəxsi vəsaitlərin idarəçiliyi mövzusunda təqdimatlar keçirilmişdir.1

17-25 oktyabr tarixlərini əhatə edən ikinci mərhələdə isə ölkədə uğurla həyata keçirilən makroiqtisadi islahatlar, pul-məzənnə və vergi siyasəti, nağdsız ödənişlərin artırılması, nağd pul dövriyyəsinin idarə olunması, tədiyə balansı və bank sektoru adlı mövzularda çıxışlar edilmiş, müəllim-tələbə heyətinin çoxsaylı sualları cavablandırılmışdır.

Daha sonra dinləyicilərə “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər haqqında məlumat verilmiş və tələbələrin bu təlimlərdə iştirakı təşviq edilmişdir.

Təlimlər zamanı tərəfdaş kimi Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları da cəlb edilmişdir. Növbəti təlim “Beynəlxalq Əmanət Günü” çərçivəsində 31 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Unveristetinin müəllim-tələbə heyəti üçün keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər