Azərbaycan Mərkəzi Bankı (AMB) cari əməliyyatlar balansının (CƏB) profisitini 2025-ci il üzrə 3,7 milyard dollar proqnozlaşdırıb.
Banker.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, 2026-cı il üzrə CƏB-in profisiti 3 mlrd. dollar proqnozlaşdırılıb: “Əvvəlki proqnoza nisbətən CƏB-in profisiti üzrə proqnoz yuxarı doğru reviziya edilib”.